Bakının bəzi mərkəzi küçələri bağlanıb 13 İyun 2016 01:00 Xəbərlər Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi küçələrində nəqliyyat vasitələrinin sıxlığı yaranıb. Paytaxtın mərkəzi küçələrində isə bu həftə başlayacaq "Formula-1" beynəlxalq yarışı ilə əlaqədar hərəkət məhdudlaşdırılıb. Bu barədə Maide.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Belə ki, hazırda Bülbül prospekti ("Sahil" metro stansiyasının qarşısı), Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsi, Zərifə Əliyeva küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsi, habelə Neftçilər prospektinin Əziz Əliyev küçəsi (Qoşa Qala qapısı istiqamətində) ilə kəsişməsindəki yollar avtomobillərin hərəkəti üçün bağlıdır. Eyni zamanda, paytaxtın Mikayıl Hüseynov prospekti (mərkəzə doğru, alternativ olaraq Dövlət Dəniz Administrasiyası istiqamətində hərəkət mümkündür), Binəqədi şosesi və Ziya Bünyadov prospektində (hər iki istiqamətdə) avtomobillərin hərəkətində nisbi sıxlıq müşahidə edilir. / Teqlər : #Bakının bəzi mərkəzi küçələri bağlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda 65 yaşdan yuxarı olan qadınların 0,1 faizi siqaret çəkir İranın şimal-qərbində Pjak terror qruplaşması məhv edilib