Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 21 İyun 2017 01:00 Ölkə Paytaxt Bakıda yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Maide.info xəbər verir ki, "Azəravtoyol” verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Nəsimi rayonu, Şövkət Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq. Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. / Teqlər : #Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Üç marşrut xəttinin hərəkəti dəyişib İctimai nəqliyyatda ödəniş yeni üsulla olacaq