Bakının bir rayonu qazsız qalacaq

Bakının bir rayonu qazsız qalacaq

Bu gün Bakı şəhəri Sabunçu  rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Maide.Az bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması  ilə əlaqədar avqustun 10-da saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Aparılan işlərin Binəqədi  rayonu  Sulutəpə ərazisinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
 

Google+ WhatsApp ok.ru