Bakının bu qəsəbələri təhlükə ilə üz-üzədir... - VİDEO

Bakının bu qəsəbələri təhlükə ilə üz-üzədir... - VİDEO

Pərakəndə tikintilər, qeyri-qanuni müdaxilələr Bakıətrafı ərazilərdə bataqlıqlar yaradıb. Son günlər əraziyə düşən aramsız yağışların təsiri nəticəsində bu problem özünü daha qabarıq göstərməyə başlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib ki, artıq bataqlıqların əmələ gəlməsinin birinci mərhələsi başlayıb. Ən kritik durum Ramana qəsəbəsindəki Şuşa şəhərciyi və Savalan qəsəbəsində qeydə alınıb.
 
“Ramana qəsəbəs vəi Şuşa şəhərciyi deyilən bu ərazilər artıq bataqlaşmaya doğru gedir. Qrunt sularının səviyyəsi yer səthindən qat-qat yüksəkdir".
 
Rafiq Həsənovun sözlərinə görə, batqlıq ərazilər 4 hissəyə bölünüb.  Binəqədi rayonunun  Biləcəri, Masazır, Sabunçu rayonunun Maştağa, Savalan, Ramana qəsəbələri və Daş Karxanası adlanan ərazilərdə subasma tez-tez müşahidə edildilir. Həmin yerlərdə bataqlıq əmələ gəlib. (atv) 
 
Daha ətraflı videodan izləyin:

Google+ WhatsApp ok.ru