Bakının iki böyük prospektində avtomobillərin sıxlığı yaranıb

Bu gün səhər saatlarından Bakının Nobel prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bir həftədir dörd zolaqlı yolun iki zolağında nəqliyyatın hərəkəti təmir işləri ilə əlaqədar məhdudlaşdırılıb. Nəticədə, ancaq iki zolaq üzrə hərəkət etməli olan avtomobillərin sıxlığı yaranır.
Bundan başqa, eyni vəziyyət Neftçilər prospektində də müşahidə edilir. Belə ki, prospektin iki hərəkət zolağında hazırda təmir işləri görülür. Bununla əlaqədar, ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranır. 

Google+ WhatsApp ok.ru