Bakının iki rayonunda qaz təchizatında məhdudiyyət olacaq - BU GÜN

Bakının iki rayonunda qaz təchizatında məhdudiyyət olacaq - BU GÜN

-- Gün ərzində təbii qazın verilişi təmin ediləcək

Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
 
Maide.Az bildirir ki, “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, fasilə diametri 325 mm-lik magistral qaz xətti üzərində “30-cu Sahə” Qaz Paylayıcı Stansiyası ərazisində separatorun quraşdırılması və diametri 273 və 530 mm-lik  magistral qaz xəttinin 5 və 6-cı km-də yaranmış qaz sızmasının ləğvi ilə əlaqədardır.
 
Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
 
“Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət  edilməsini xahiş edir”, - deyə məlumatda vurğulanıb.
 

Google+ WhatsApp ok.ru