Bakının yeni ‘Baş planı’ boş çıxdı?

Bakının yeni ‘Baş planı’ boş çıxdı?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə" İnstitutunun hazırladığı “Bakı şəhərinin ərazilərindən istifadə və zonalaşdırma planı” (Baş plan) şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətlərini əks etdirmir.
 
Bu barədə dekabrın 23-də Bakı Şəhər İcra Hakimiyyəti bildirib.
 
“Turan” Agentliyinin xəbərinə görə, meriya hesab edir ki, Ələt qəsəbəsində ikinci sərnişin aeroportunun, Xırdalan şəhərində yeni metro stansiyasının inşası, çoxlu sayda yaşayış evlərinin sökülməsi barədə institutun direktoru İlqar İsbatovun açıqlamaları həqiqətə uyğun deyil.
 
“Bu Baş plan heç bir aidiyyəti dövlət qurumu ilə razılaşdırılmayıb, lazımi ekspertizadan keçirilməyib və ölkə rəhbərliyinə təqdim edilməyib. Odur ki, sözügedən layihə rəsmi sənəd kimi qəbul edilə bilməz”, meriya bildirib.
 
Xatırlatma
 
"Bakıdövlətlayihə" İnstitutunun direktoru İ.İsbatov bildirmişdi ki, Bakı və Abşeron 9 zonaya bölünəcək: Cənub, Şimal, Şərq, Mərkəzi və beş periferiya.
 
Baş planın 2035-ci ilədək yerinə yetirilməsi nəzərdə tutulub və astronomik məbləğ - 283,97 mlrd. manat həcmində dəyərləndirilir. Həmin vəsaitlərin mənbəyi göstərilməyib.
 
Planda nəzərdə tutulub ki, 2035-ci ilədək paytaxtın mənzil fondunun sahəsi 97,78 mln. kv/metr təşkil edəcək. Layihənin gerçəkləşdirilməsi ilə əlaqədar Bakıda 122 min bina söküləcək və köçürüləcək.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru