`BakuBus` 6 saylı avtobusun hərəkəti istiqamətini dəyişdirir 01 Aprel 2016 01:00 Ölkə “BakuBus” MMC-yə məxsus 6 saylı avtobusun hərəkəti istiqaməti müvəqqəti dəyişdirilir. Bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. “Aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq, aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Odur ki, 6 saylı xəttimiz Azadlıq metro stansiyasının önündən İçəri şəhər metro stansiyasına qədər hərəkət edəcək”, - deyə N. Allahyarova bildirib. Teqlər : #`BakuBus` 6 saylı avtobusun hərəkəti istiqamətini dəyişdirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda 450 uşaq səfil həyatı yaşayır Quba-Xınalıq-İspik yolundan istifadə edən sürücülərə xəbərdarlıq olunub