Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mayın 16-da İrana səfər edəcək. Bunu Trend-ə İranın Azərbaycandaki səfiri Möhsün Pakayin deyib.
 
Onun sözlərinə görə, Elman Rüstəmovun səfəri iranlı həmkarının dəvəti əsasında baş tutacaq.
 
"Elman Rüstəmov İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya ilə görüş keçirəcək", - deyə səfir bildirib.
 
Həmçinin Möhsün Pakayin bildirib ki, Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər.

Google+ WhatsApp ok.ru