Bakıya yeni fəlakət gəlir

Böyük Qafqaz dağlarında buzlaqların əriməsi su qıtlığına səbəb olacaq
 
Böyük Qafqaz sıra dağlarında buzlaqların əriməsi içməli su qıtlığına gətirib çıxaracaq. 
 
ANS PRESS-in məlumatına görə, mütəxəssislər qlobal iqlim dəyişikliyi səbəbindən dağlarda temperaturun artmasına, bunun isə buzlaqların əriməsinə gətirib çıxaracağını düşünürlər. 
 
Şimali Qafqaz Hidrometereologiya idarəsinin rəhbəri İrina Xoma TASS-a açıqlamasında buzlaqların əriməsinin dağ göllərin qurumasına gətirib çıxaracağını deyir. 
 
Böyük Qafqaz dağları ətrafındakı sakinlər içməli su ehtiyyatı qıtlığını təxminən 80-100 ildən sonra hiss edəcəklər. İl ərzində Böyük Qafqaz sıra dağlarındakı buzlaqların qalınlığı iki metr aşağı düşür./
 
Qeyd edək ki, Türyançay, Samur, Qusarçay, Girdimançay, Əyriçay, Qabırrı çayları sularını Böyük Qafqaz buzlaqlarından alır. Həmin buzlaqıarın əriməsi Azərbaycanın Kürdən yuxarı bölgələirndə quraqlığa səbəb olacaq./
 

Google+ WhatsApp ok.ru