Bakı yollarında nisbi sıxlıq yaranıb

Bu gün Bakı yollarında nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Maide.az-a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzalı qarşısında, paytaxta doğru), Heydər Əliyev prospekti (mərkəzə doğru), Yusif Səfərov küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi ("Gənclik" metrosu istiqamətində) və Ziya Bünyadov prospektində sıxlıq qeydə alınıb. 

Google+ WhatsApp ok.ru