Bakı yollarında vəziyyət necədir?

Hazırda Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətində demək olar ki, heç bir problem yoxdur. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib

Onun sözlərinə görə, dünən gecədən səhər saatlarına qədər Bakı şəhərinin avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkətini tam təmin etmək üçün ASC-nin xidmət etdiyi bütün ərazilərə qum-duz qarışığı səpilib.

P.Mürsəliyev əlavə edib ki, dünən gecə saatlarında bəzi naşı sürücülər Bakı-Sumqayıt yolunda tıxaclar yaratdığına görə, ASC-nin texnikaları işləyə bilməyib: “Lakin gecə saat 3-dən sonra texnikalarımız intensiv surətdə həmin ərazidə işlədilər və nəqliyyat vasitələrinin normal hərəkəti tam təmin olundu”.

Onun sözlərinə görə, istər Bakı Dairəvi yolunda, istərsə də Bakı-Sumqayıt yolunda bəzi sürücülər avtomobillərini idarə edə bilmədikləri üçün maşınları yolun hərəkət edən hissəsində qoyaraq gedib, bu da Bakı-Sumqayıt yolunda tıxaclar yaradıb: “Buna baxmayaraq, nəqliyyatın intensiviliyi azalan kimi biz həmin ərazilərdə təmizlik işləri apardıq”. /

 

 

Google+ WhatsApp ok.ru