Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq 15 Avqust 2018 01:00 Xəbərlər Sabahdan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-45-ci km-lik hissəsində təmir işlərinə start veriləcək. Maide.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri yolun Quba istiqamətində aparılacaq və bir neçə gün davam edəcək. Bu müddət ərzində magistralın sözügedən hissəsində Quba istiqaməti üzrə hərəkət tam olaraq məhdudlaşdırılacaq. Alternativ olaraq sürücülər magistralın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər. Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir. Teqlər : #BakıQuba yolunda hərəkət məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İtaliyada körpü çöküb, ölən və yaralananlar var - VİDEO Gəncə və paytaxtın bir neçə rayonunda qaz kəsiləcək