Bakıda bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib 11 Dekabr 2017 02:00 Ölkə -- Avtobusun hərəkətində müvəqqəti dəyişiklik edilib Paytaxtda 3 saylı marşrut xəttinin hərəkətində dəyişiklik edilib. "BakuBus" MMC-dən Tremd-ə verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Şövkət Məmmədov küçəsinin bağlanması ilə əlaqədar olaraq, 3 saylı marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Belə ki, Atatürk prospekti, Şövkət Məmmədova, Abay Kunanbayev istiqaməti üzrə hərəkət edən avtobuslar artıq Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov küçələri ilə hərəkətlərini davam etdirir. Avtobuslar əks istiqamətdə də həmin hərəkət trayektoriyasını izləyir. Teqlər : #Bakıda bu marşrut xəttinin hərəkətində dəyişiklik edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda `İslam vəhdəti və ədalətli cəmiyyət` adlı elmi-praktik konfrans keçirilib- FOTO Azərbaycanda fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb