Bakıda dayanacaqlara kameralar quraşdırılacaq 19 İyul 2018 01:00 Xəbərlər Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı avtomobil dayanacaqlarında kameralar quraşdıracaq və gündəlik monitorinq aparacaq. Bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli İTV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, dayanacaqların rəhbərlik etdiyi qurumun tabeliyinə keçməsi ilə bağlı hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə iş aparılır. "Təhvil-təslim işləri başa çatdıqdan sonra dayanacaqlarda kameralar quraşdırılacaq. Bununla da, onların zəbt edilməsi məsələsi aradan qaldırılacaq". V.Kərimli həmçinin dayanacaqlarda parklanmanın qiymətinin yüksək olmasına da münasibət bildirib: "Bakını müəyyən zonalara bölmək istəyirik. Şəhər mərkəzinin və ətraflarda fərqli qiymətlər ola bilər. Hazırda təsnifatlaşdırma üzrə işlər gedir. Hələ ki, parklanmada standart tarif yoxdur".(Report) Teqlər : #Bakıda dayanacaqlara kameralar quraşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnsanların izzətini və ehtiramını qorumaq rəhbər şəxslərin ən mühüm vəzifəsi və borcudur İngiltərədə uşaqlar cəsus kimi istifadə olunur