Bakıda iricüssəli mühafizəçilər biznes obyektinə hücum çəkdi: 90-cı illər qayıdır?

Bakıda iricüssəli mühafizəçilər biznes obyektinə hücum çəkdi: 90-cı illər qayıdır?

Bu gün səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib. İdmançı cüssəli, qara köynəkli mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunur. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb.
 
Qarşıdurma zamanı Binəqədi rayon Polis İdarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirilib.
 
Baş vermiş hadisə ilə bağlı “Safastore” MMC-nin rəhbərliyi tərəfindən Daxili işlər naziri və Baş Prokurora müraciət ünvanlayacaq.
 
Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir. ("Qafqazinfo")
 

Google+ WhatsApp ok.ru