Bakıda tikinti sərgisi keçirilir 18 Oktyabr 2017 01:00 Xəbərlər Bu gün, oktyabrın 18-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunan – XXIII Azərbaycan Beynəlxalq İnşaat «WorldBuild Baku 2017» sərgisi öz işinə başlayıb. Sərgi oktyabrın 21-nə kimi davam edəcək. «WorldBuild Baku» sərgisi tikinti, memarlıq, layihələndirmə və təmir işləri sahəsində təşkil olunan tədbirdir. Sərginin təşkilatçıları qismində «Iteca Caspian» və onun tərəfdaşı - Böyük Britaniyanın «ITE Group» şirkəti çıxış edir. Bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Bəzi ölkələr sərgidə öz milli pavilyonları ilə təmsil olunurlar. Teqlər : #Bakıda tikinti sərgisi keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Aİ binası yenə tüstüləndi Əfqanıstanda iki avtomobil partladılıb, 40 hərbçi həlak olub