Bakının baş infeksionisti: “Qarpız soyuducuda saxlanılmamalıdır” 21 İyul 2017 01:00 Xəbərlər “Ağlasığmaz zəhərlənmələr də olur. İnsanlar kiflənmiş qatıq, kiflənmiş lavaş və pendirdən də zəhərlənir”. Bunu Kliniki Tibbi Mərkəzin (KTM) Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva deyib. O bildirib ki, bu ilin 6 ayında KTM-nin 2-ci yoluxucu şöbəsinə 13 nəfər botulizmdən, 71 nəfər qida zəhərlənməsindən, 395 nəfər mədə - bağırsaq pozulması ilə daxil olub. Şöbə müdiri əlavə edib ki, şöbədə qida zəhərlənmələrindən ölüm hadisəsi baş verməyib. “Meyvə-tərəvəzlər, əsasən qarpız soyuducuda 2-6 saatdan çox qalmamalı, qarpız soyuducunun aşağı rəflərində saxlanılmalıdır. Qarpız soyuducuda saxlanılmasa, daha yaxşı olar” – deyə. G. Babayeva vurğulayıb (apa) / Teqlər : #Bakının baş infeksionisti: Qarpız soyuducuda saxlanılmamalıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib Tacikistanda 14 polis kök olduğu üçün işdən çıxardılıb