Bakının böyük bir hissəsi susuz qaldı

Bakının böyük bir hissəsi susuz qaldı

-- Problemlər gün ərzində aradan qaldırılacaq

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma su təchizatına da təsir göstərib.
 
Maide.Az bildirir ki, bunu Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildrib.
 
A.Cəbrayıllı qeyd edib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: “Hal-hazırda bu istiqamətdə bərpa işləri aparılır. Biz artıq Ceyranbatan su anbarından suyun verilməsini bərpa etmişik. Digər istiqamətlərdə işlər davam etdirilir”.
 
Qurum rəsmisi bildirib ki, yaranmış vəziyyətlə əlaqədar, paytaxt Bakının böyük hissəsində suyun təchizatı ilə bağlı problemlər yaşanır: “Gün ərzində sakinlər su ilə bağlı problemlərlə üzləşə bilər. Problemlər gün ərzində aradan qaldırılacaq”.
 

Google+ WhatsApp ok.ru