Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib

Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib

-- “Formula-1`-a görə

Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib.
 
Bu barədə “Report”a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Məlumatda xatırladılıb ki, “Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 - 5 maydakı yaz tətilinin 24 - 30 aprelə keçirilməsi, 5 - 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

Google+ WhatsApp ok.ru