Bank sistemi sağlamlaşa bilirmi?

Bank sistemi sağlamlaşa bilirmi?

"Yeni Müsavat" qəzetində "İqtisadiyyatı böhrana sürükləyən bank sektoru- çıxış yolu varmı?" sərlövhəli məqalə oxumaq olar. Yazıda, əsasən, ekspert Qubad İbadoğlunun düşüncələrinə yer verilib.
 
Yazının girişində baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovdan sitat gətirilir. Onun "ölkə iqtisadiyyatına ən ağır zərbəni bank sistemi vurub" sözləri xatırladılır.
 
Ə.Əhmədov həmçinin deyib ki, hazırda dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu sektorda sağlamlaşdırma yönündə ciddi addımlar atılır.
 
Ekspert Q.İbadoğlu isə Ə.Əhmədovun səsləndirdiyi fikriləri qəzetə belə şərh edib: "Bank sistemi Azərbaycanda formalaşmış yanlış iqtisadi siyasətin, yalnız neft amili əsasında qurulmuş makroiqtisadi sistemin fəsadlarını göstərir. İqtisadi böhran zamanı ilk növbədə bank sisteminin problemləri ortaya çıxdı. Çünki bu sektor iqtisadiyyatda ən zəif nöqtə idi".
 
Q.İbadoğlu hesab edir ki, bankların əksəriyyəti, əsasən, «"parnik" qurumlar olub. Əsasən dövlət sifarişi əsasında həyata keçilən iri bank köçürmələrindən və kredit qoyuluşlarından qazanıb.
 
Q.İbadoğlu deyib ki, banklar səhv kredit siyasəti yürüdüb, idarəçilikdə problemlər olub və ona görə də, bütün bu problemlər üzə çıxıb.
 
Amma Q.İbadoğluya görə, ölkə iqtisadiyyatına zərbə vuran təkcə bank sistemi deyil. İnhisarçılıq, dövlət idarəçiliyində kök salmış korrupsiya ən böyük problemlərdəndir: "Bank sektorunda baş verən nasazlıq iqtisadiyyatın digər sahələrinə təsir edəcək. Düşünürəm ki, bank sektorundakı bu problemlər davam edəcək və bu digər sektorlarda da problem yaradacaq". /

Google+ WhatsApp ok.ru