Batumidə mövlud mərasimi

Gürcüstanın Batumi şəhərində İslam Peyğəmbərinin (s)  mübarək mövludu münasibəti ilə bayram tədbiri keçirilib.

Maide.az-ın mlumatına görə, mərasim  bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Şəhərin teatr sarayında minə yaxın inanclı şəxsin, din və ictimaiyyət xadimlərinin qatıldığı mərasimdə Acariyanın hökümət başçısı, şəhər meri və digər rəsmilər də iştirak etdi.

Quran tilavəti ilə başlayan mərasim, İslam Peyğəmbərinin (s) və eyni zamanda təvəllüdü bu aya təsadüf etdiyindən Hz. İsanın (ə) həyatı, davranışları və insanlığa örnək olmaları və onların bəşəriyyətə verdiyi faydalar barəsində çıxışlar edilib. Mərasimdə gürcü dilində şeir və qəsidələr oxunub.  /

 

Google+ WhatsApp ok.ru