Bayram gəldi, qiymətlər qalxdı

Son bir həftə ərzində bazarlarda xeyli canlanma yaranıb. Sözsüz ki, bu canlanma Ramazan Bayramı ilə əlaqədardır. Süfrəsini nemətlərlə bəzəmək istəyən paytaxt sakinləri ucuz bazar axtarışına çıxıb. 
Maide.az  xəbər verir ki, anspress-in əməkdaşları şəhərin bir neçə bazarına baş çəkib. Qiymətlərdə artım xüsusilə, bayram süfrəsinə düzülən məhsullarda özünü göstərir. 8 km bazarında ət və ət məhsullarının satışı ilə məşqul olan qəssab Əhməd Ağayevin sözlərinə görə, alıcılar bayramla əlaqəli olaraq ən çox quzu ətinə üstünlük verir. Qəssab deyir ki, ötən həftə 7 manata satılan mal ətinin hazırki qiyməti 8-9 manatadır. Toyuq məhsullarına olan tələbatda xeyli artıb. Qiymət fərqinə baxmayaraq alıcılar broyler toyuqlarından daha çox diri toyuq almağa üstünlük verirlər.
Bayram plovunun qarası üçün lazım olan quru meyvələrin qiymətində də cuzi artım var. Quru meyvələrin satışı ilə məşğul olan satıcılar deyir ki, artımın səbəbi məhsulların idxalı ilə əlaqəlidir. Bu məhsullar Azərbaycana əsasən Qazaxstan və İrandan idxal olunur. Alıcı Mayılova Əzizənin sözlərinə görə, mövsümi meyvələrin qiymətlərində bir həftə ərzində 50-30 qəpik arasında fərq var. 
Alıcılardan fərqli olaraq satıcılar qiymətlərin bahalaşmadığını, hətta ucuzlaşdığını iddia edirlər. Satıcı Gülər xanım deyir ki, bayram ərəfəsində alıcılıq yüksəkdir və ona görə də qiymətləri dəyişməyiblər. Bazarda apardığımız kiçik araşdırma ilə ötən həftə və Bayram həftəsi arasındakı fərqi ortaya çıxardıq. Bayram qabağı qiymətində artım müşahidə edilən məhsulların siyahısını təqdim edirik:
İqtisadiyyat və Sənaye Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bayram ərəfəsində bazarlarda suni qiymət artımının qarşısını almaq məqsədi ilə intensiv nəzarət tədbirləri aparılır. Nazirlikdən əmin edirlər ki, bayram ərəfəsində qiymətləri bilərəkdən artıran işbazlara qarşı müvafiq tədbirlər görüləcək./

Google+ WhatsApp ok.ru