Bayram gününüdə avtobuslar gecə saat 1-dək işləyəcək

“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC-nin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərəcəklər.
 
Virtualaz.org-un məlumatına görə, məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı verib.
 
O, qeyd edib ki, MMC artıq gücləndirilmiş iş rejiminə keçib: "Qurum tərəfindən sahibkarlara xəbərdarlıq edilib ki, bayram günlərində bütün avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərərək şəhər əhalisinin marşrut avtobuslarından istifadəsini təmin etsinlər". /
 

Google+ WhatsApp ok.ru