Bazar günü ölkədə hava əsasən yağmursuz olacaq

Oktyabrın 12-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər saatlarında bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var.
Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 12-14, gündüz 19-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz  təşkil edəcək.
 
Bazar günü Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir./

Google+ WhatsApp ok.ru