Baş neonatoloq: “Azərbaycanda hər 1000 yenidoğulmuşa ölüm sayı 8-10, bəzi keçmiş sovet ölkələrində 30-dur” 04 Aprel 2017 01:00 Ölkə "Son illər körpə ölümlərinin sayında azalma var". Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov APA-ya bildirib ki, Azərbaycanda perinatal ölüm göstəricisi 8-10 promildir və bu hər 1000 yenidoğulmuşa 8-10 nəfərdir. Onun sözlərinə görə, bəzi keçmiş sovet ölkələrində bu göstərici 30-a çatır: “Bəzi göstəricilər var ki, ölkənin inkişaf səviyyəsinin simasıdır. Biz niyə hər dəfə vaxtından əvvəl doğulanlardan danışırıq? Çünki perinatal ölüm, ana ölümü göstəriciləri ölkənin səhiyyəsinin səviyyəsini əks etdirir və dövlətin cəmiyyətə qayğısının nəticəsidir. Bu sahədə ən həssas göstəricilərdən biri ekstrimal az çəkili yenidoğulmuşlardır. 2015-ci ildən onların sağ qalma göstəricisi az da olsa artır. Ümumdünya Səhiyyə Təşkilatının diri doğulma meyarlarına əsasən çəkisi 500 qramdan yuxarı olan yeni doğulanlardan 1000 körpədən yalnız 10-nu itiririksə, bu çox böyük nailiyyətdir. Biz bəzi MDB ölkələri ilə müqayisədə diri doğulmanın yeni meyarlarlarına gec keçsək də, bu sahədə yaxşı nəticələrimiz var. İnanıram ki, getdikcə daha da yaxşı olacaq”. / Teqlər : #Baş neonatoloq: Azərbaycanda hər 1000 yenidoğulmuşa ölüm sayı 810,#bəzi keçmiş sovet ölkələrində 30dur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Sağlam körpəm həkimlərin əlində öldü` Artırmaların sökülməsi evləri çökmək təhlükəsi ilə üz-üzə qoyub