Beş gün iş olmayacaq

Bayram günləri elan edilib.
 
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq.
 
Həmrəylik Günü ilə əlaqədar 31 dekabr, Yeni il ilə əlaqədar 1-2 yanvar tarixləri qeyri-iş günü olacaq.
 
Yanvarın 2-si şənbə gününə təsadüf etdiyi üçün, müvafiq qanunvericiliyə əsasən, növbəti həftənin ilk günü, yəni 4 yanvar tarixi də qeyri-iş günü olacaq.
 
Beləliklə, ölkə əhalisi Yeni ildə 5 gün ardıcıl istirahət edəcək.Oxu.az/
 

Google+ WhatsApp ok.ru