Benzindən baha satılan su

Neftin ucuzlaşmasından sonra Azərbaycanda benzinin qiymətinin aşağı salınması müzakirə mövzusuna çevrilsə də, hakimiyyət bu addımı atmadı. Müxtəlif bəhanələrlə benzinin qiyməti əvvəlki kimi saxlanıldı. Lakin başqa bir məsələdə bu hakimiyyətin əslində hansı mahiyyətə sahib olduğu tam çılpaqlığı ilə üzə çıxır.
 
Söhbət qazlı və qazsız suların bahalaşmasından gedir. Bəribaşdan qeyd edək ki, bu sahə də digərləri kimi oliqarx məmurların nəzarətindədir. Yerli istehsal olmasına baxmayaraq devalvasiyadan sonra qazlı və qazçız suların qiyməti də qaldırıldı. Bu proses hiss olunmadan indi də davam edir. Oliqarxlar yaya hazırlaşırlar. Yayda bu sahədə təbii olaraq canlanma baş verir.
 
Oliqarx məmurlar da daha çox qazanmaq üçün indidən qiymət artımına gedirlər. Bir daha qeyd edək ki, bu proses hiss olunmayacaq dərəcədə gedir. Yəni, qiymətlər qəpik-qəpik artırılır. Hazırda 330-350 qramlıq qazlı və qazsız suların qiyməti 35 qəpiyə, yarım litri isə 40 qəpiyə çatdırılıb. Beləliklə, oliqarxlar suyu benzindən də baha satmağa başlayıblar. Məlumat üçün deyək ki, benzinin 1 litri 70 qəpikdir. (azadliq.info)
 

Google+ WhatsApp ok.ru