Beynəlxalq İslam Oyanışı Assambleyasının toplantısı keçirilir

Beynəlxalq İslam Oyanışı Assambleyasının toplantısı keçirilir

Bağdadda Beynəlxalq İslam Oyanışı Assambleyasının Ali Şurasının 9-cu toplantısı keçirilir.
 
Bu gündən etibarən Bağdadda keçirilən Beynəlxalq İslam Oyanışı Assambleyasının Ali Şurasının 9-cu toplantısında Azərbaycanın din xadimləri də iştirak edir.
 
İslam dünyasının 22 ölkəsinin din alimləri və ictimai xadimlərinin  qatıldığı toplantıda İraqın baş naziri Heydər əl-Abadi, İraq parlamentinin sədri Səlim əl-Cburi, İraqda Milli Koalisiya fraksiyasının sədri Seyyid Əmmal əl-Həkim, Qanun Dövləti fraksiyasının sədri Nuri əl-Maliki, İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli-Əkbər Vilayəti və sair mühüm şəxslər iştirak edirlər.
 
Beynəlxalq İslam Oyanışı Assambleyasının baş katibi Əli-Əkbər Vilayəti ötən gün bildirmişdi ki toplantı iki gün çəkəcək və burada islam dünyasında baş verən son proseslər müzakirə ediləcək. 
 

Google+ WhatsApp ok.ru