Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilir 07 Avqust 2020 11:35 Xəbərlər Livanın paytaxtı Beyrutda küçələrinə çıxan nümayişçilərdən bir qrupunun polis səddini aşaraq parlament binasına soxulmağa çalışmasından sonra hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazdan istifadə edib. Bu barədə “MİR 24” telekanalı məlumat yayıb. Məlumata görə, toqquşma nəticəsində hər iki tərəfdən yaralananlar var. Xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılır. Nümayişçilər polis sıralarına hücum ediblər. Onlar polisə daş və molotov kokteyli atıblar. Etirazçılar limanda baş verən partlayışdan sonra hazırkı hökumətin istefasını tələb edirlər. Teqlər : #Beyrutda,#hökumətin,#istefası,#tələbi,#ilə,#etiraz,#aksiyası,#keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vaxtı keçmiş çay niyə təhlükəlidir? Qədir Xum bayramı ərəfəsində İmam Əlinin (ə) hərəminin günbəzi yuyuldu - FOTO