Beyrutun mərkəzində vəzifəli şəxsin kortejindən nümayişçilərə atəş açılıb

Beyrutun mərkəzində vəzifəli şəxsin kortejindən nümayişçilərə atəş açılıb

Livan paytaxtının mərkəzində vergilərə etiraz aksiyası zamanı atışma baş verib. Şahidlərin sözlərinə görə, atəş nümayişçi kütləsinin qarşısından keçməyə çalışan məmurlardan birinin təhlükəsizliyi üçün kortejdən açılıb.
 
"Kortej maşını nümayişçilərdən birini vurdu. O, əvvəlcə Livan Parlamentinin binası yaxınlığında havaya atəş açdı, sonra nümayişçilərə istiqamətləndirərək pulemyotla hədələməyə başladı", deyə şahid bəyan edib.
 
Mürəkkəb iqtisadi durumla əlaqədar apreldə yeni dövlət büdcəsinin qəbul edilməsi fonunda iyundan paytaxt və Livanın digər şəhərlərində davamlı kütləvi aksiyalar başlayıb. Həmkarlar ittifaqlarının işçiləri və istefada olan hərbi qulluqçular hökumətin yeni büdcədə dövlət qulluqçularına ödənişlərin azaldılmasını nəzərdə tutmasına etiraz edirlər.   /faktxeber
 

Google+ WhatsApp ok.ru