Böhrandan çıxış - islahatlar

Böhrandan çıxış - islahatlar

"Exo" qəzetində "Azərbaycanın böhrandan çıxış yolu-tammiqyaslı islahatlar" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda rəsmi statistik göstəricilərə əsasən, ölkəyə yatırılan investisiyanın azalması ekspert Fuad Əlizadə ilə müzakirə edilir:
"Əvvəl dövlət vəsaitləri şübhəli layihələrin də reallaşmasına sərf olunurdu. İndi isə vəsaitlərə qənaət olunur. Odur ki, hazırda vəsaitlər sosial xərclərdən əlavə, yalnız "Cənub Qaz Dəhlizi» və "Bakı-Tbilisi-Qars" kimi layihələrə sərf edilir».
 
Ekspert vurğulayıb ki, iqtisadiyyatın qalan sahələrinin inkişafı özəl sektorun üzərinə qoyulub.
 
F.Əlizadə hesab edir ki, iqtisadiyyatın inkişaf etməsinin vacib şərtlərindən biri investisiya cəlb olunmasıdır:
"Nə qədər ki, ölkədə tammiqyaslı islahatlar keçirilməyib, xarici şirkətlərin Azərbaycan bazarına investisiya qoyacağı real görünmür. İslahatlar isə ölkənin qanunvericilik bazasından tutmuş, hazırda parçalanmış şəkildə qalan torpaq sahələrinə kimi bütün sahələri əhatə etməlidir".
 
Ekspert vurğulayıb ki, 2014-cü ildə neftin qiyməti ucuzlaşanda Azərbaycan iqtisadiyyatında mənfi meyllər özünü göstərməyə başlayıb. Manat kəskin və "üzən" formada bir neçə dəfə devalvasiya yaşayıb.
 
Ekspert xatırladıb ki, Azərbaycanda kəskin böhran dövründə 13 bank bağlanıb.
 
F.Əlizadə deyib ki, hökumət bütün bu neqativləri aradan qaldırmaq istəyir. Ölkədə biznes qurulması sadələşdirilir, qeyri-neft sahəsi inkişaf etdirilir:
"Amma bu, yetərli deyil. Ölkəni böhrandan ancaq tammiqyaslı, səmərəli islahatlar çıxara bilər". /

Google+ WhatsApp ok.ru