Bibiheybət yolu sabah açılacaq

Bibiheybət yolu sabah açılacaq

Bibiheybət yolunda ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.
 
Maide.Az xəbər verir ki, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə,  Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşfıtılması nəzərdə tutulur.
 
31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.
 
Qeyd edim ki, ərazidə gələcəkdə bu iimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.
 

Google+ WhatsApp ok.ru