Bir limon 15 manata satılır... 10 Yanvar 2017 02:00 Xəbərlər Ordubad limonu bazarlarda 15 manata satılır. Bu haqda məlumatı Azərtac yayıb. Agentlik bildirir ki, ordubad limonunu fərqləndirən əsas cəhətlərdən biri də tərkibinin efir yağları, vitaminlərlə, minerallarla zəngin olmasıdır. Ona görə də Ordubad limonunun bir ədədi 5, bəzən isə hətta 15 manata satılır. Müalicəvi əhəmiyyətə malik limon Ordubadda dibçəklərdə və istixanalarda yetişdirilir. Çünki Naxçıvanın iqlimi bu meyvənin açıq hava şəraitində yetişdirilməsinə tam imkan vermir. Buna baxmayaraq, rayon sakinləri yüksək məhsuldarlığa nail ola bilirlər. Nəticədə limonçuluq ən gəlirli sahələrdən birinə çevrilib. Limonçuluqla məşğul olan ordubadlılar qeyd edirlər ki, yaxşı becərildikdə torpağa əkilən bir ağacdan il ərzində 220-250 ədəd limon götürmək mümkündür. Teqlər : #Bir limon 15 manata satılır... , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ da Rəfsəncaninin ölümü ilə bağlı başsağlığı verdi Qərargah: Uçan estakadaya aid olduğu ehtimal edilən 150 çeşiddən artıq əşya tapılıb