Bir milyona yaxın “Android”çi fırıldağın qurbanı oldu

Bir milyona yaxın “Android”çi fırıldağın qurbanı oldu

Maide.Az xəbər verir ki,  "ESET" antivirus şirkəti "Google Play" əlavələr mağazasında sosial şəbəkələrdə abunəçi sayının artırılması üçün nəzərdə tutulan 8 saxta "Android" əlavəsi aşkarlayıb. Tədqiqatçıların "Android/Fasurke" adlandırdığı proqramlar vasitəsilə cinayətkarlar fərdi məlumatlar və pul oğurlamağa nail olublar. Fırıldaqçılıq kampaniyası zamanı 250 mindən 1 milyonadək istifadəçi əlavəni quraşdırıb.
 
Əlavələr istifadəçinin fərdi məlumatlarını, daimi ödənişli abunələri, eləcə də marketinq məlumatları və reklamların alınması üçün razılıq tələb edib. Proqramlar işə salınan zaman istifadəçiyə mobil qurğu modelinin adını, öz adını və qəbul etmək istədiyi abunəçi sayını daxil etmək lazım gəlib. "Abunəçi sayının artırılması prosesi" başladıqdan sonra saxta robot yoxlanışından keçmək tələb olunub. ( ictnews) /

Google+ WhatsApp ok.ru