`Bir saat ərzində namaz` öyrən layihəsi Moskvada uğurla həyata keçirilib

`Bir saat ərzində namaz` öyrən layihəsi Moskvada uğurla həyata keçirilib

Moskvada Moskva müsəlmanları ruhani idarəsinin təşəbbüsü ilə namaz qılmağı öyrənmək məqsədi ilə "Bir saat ərzində namaz öyrən " adlı layihəsi ilə bağlı  toplantı keçirilib.
 
Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, İclasda bu layihə çərçivəsində əldə olunmuş nəticələr və gələcək planlar, onun həyata keçirilməsi yolları müzakirə olunub.
 
 "Bir saat ərzində namaz öyrən " layihəsi  2016-ci ilin yanvarından icra olunur. Bu gün böyük nəticələrə nail olub, müəllim heyəti genişlənib, 2000-ə yaxın şagird layihə sayəsində bilik alıb. Bu da ruhlandırıcıdır.", deyə  Layihənin rəhbəri İldar Həzrət Alyautdinov bildirib.
 
Onun sözlərinə görə, "Bir saat ərzində namaz öyrən" layihəsi aktualdır və bu praktikanı tətbiq etmək lazımdır. Yaxında Moskva və Moskva ətrafı rayonlarda, icmaların və Rusiyanın digər regionlarında "Bir saat ərzində namaz" layihəsi təqdim olunacaq.
 
Bu  yeni ideya namazı vaxtında öyrənməyə və qılmağa kömək edir. Hər həftə 20-30 nəfər bu dərslərdən faydalanır. Layihədə yaş məhdudiyyəti yoxdur, şagirdləri arasında uşaqlar və yaşlılar da var.
 

Google+ WhatsApp ok.ru