Bir yolu kanalizasiya bağlayırsa...

Bir yolu kanalizasiya bağlayırsa...

“Bakipost.az” saytında  “Bakıda “kanalizasiya aksiyası”-Sakinlər yolu bağladı” sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif deyir ki, dekabrın 25-də Suraxanı rayonu ərazisində aksiya keçirilib və Yeni Suraxanı, 14 iyul küçəsində yaşayanlar yolu bağlayıblar.
 
Yazı müəllifinin deməsinə görə, aksiyanın keçirilməsinə səbəb ərazidə kanalizasiya xəttinin olmaması, bununla bağlı aidiyyəti qurumlara edilən müraciətlərə məhəl qoyulmamasıdır.
 
Müəllif sakinlərə istinadən bildirir ki, yerli icra orqanları onların səsini eşitməsə, aeroport yolunu bağlayacaqlar.
 
Müəllifin deməsinə görə, məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı “BakuPost”a bildirib ki, həmin ərazi yeni kanalizasiya xətti çəkilən ərazidədir və hazırda orada işlər gedir:
 
“Bu gün bizim əməkdaşımız da sözügedən ərazidə olub və nəzərdə tutulan yeni kanalizasiya xətti layihəmiz var ki, həmin küçəni də əhatə edəcək. Bu ərazilər üçün 14.5 km. uzunluğunda nəzərdə tutulan yeni xəttin çəkilməsi planlaşdırılır.
 
İşlərə artıq başlanılıb və ərazidəki ətraf küçələrdə daxil olmaqla 14 iyul küçəsini də əhatə edəcək, Yeni ilin ilk ayı layihə artıq yekunlaşacaq”.
 
Müəllif isə vurğulayır ki, sakinlər olmayan kanalizasiya xəttinə görə hər ay 50 qəpik pul alındığını və bunun üçün çeklərinin olduğunu bildirirlər.
 
“Azərsu” ASC mətbuat xidmətinin rəhbəri A.Cəbrayıllı isə bildirib ki, fərdi və ya dövlət tərəfindən çəkilməyən kanalizasiya xəttinə görə heç bir vətəndaşdan pul alına bilməz:
 
“Sakinlərə verilən bildirişdə xidmətlərin qiyməti ayrı-ayrı qeyd olunur. Hər bir vətəndaş bildirişdə bunu görür. Əgər səhv varsa vətəndaş gəlib müraciət edir və çek həmin günü ləğv olunur” deyə A.Cəbraıllı bildirir.
 
ASC mətbuat xidmətinin rəhbəri deyir ki, belə yalnışlıqlara qurum tərəfindən rast gəlinib. Hansı ki kanalizasiya xətti olmayan yerdə ödəniş alınıb” deyə mətbuat xidmətinin rəhbəri söyləyir.

Google+ WhatsApp ok.ru