`Biz Azərbaycan torpağı və səmasından İrana qarşı heç bir addıma yol vermərik`

“Bizim İranla olan dostluğumuz çox əhəmiyyətlidir”

“Bizim İranla olan dostluğumuz çox əhəmiyyətlidir”. İnterAz xəbər verir ki, bunu Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, İran müdafiə nazirinin müavini Qasım Tağızadə ilə görüşü zamanı bildirib.

O, ötən gün Bakı Ekspo Mərkəzində İslam Respublikasının Müdafiə Sənayesi Təşkilatının baş direktoru briqada generalı Qasım Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən, İranda vurulmuş pilotsuz təyyarənin Azərbaycandan qalxmadığını vurğulayıb.

“Biz sizi arxayın edə bilərik ki, heç vaxt Azərbaycan səmasından və torpağından İrana qarşı bir addımın atılmasına icazə verməyəcəyik. Bu məsələ dəfələrlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir”.

Bu görüşdə İran müdafiə nazirinin Azərbaycana səfər edəcəyi də qeyd edilib. interaztv /

Google+ WhatsApp ok.ru