Biznesin ‘ayağa qalxmaq’ problemləri

Biznesin ‘ayağa qalxmaq’ problemləri

“Müsavat.com” da  “Karantin yumşaldı, amma sahibkarların cibi çətin dola -səbəblər” sərlövhəli məqalədə biznesin problemləri ekspert Samir Əliyevlə müzakirə edilir.
 
Ekspert S.Əliyev deyir ki, böhran dövründə şirkətlərin iki önəmli problemi olur və hazırda onların həllinə böyük ehtiyac var.
 
Problemin biri məhsul satlmamasıdır, çünki tələbat azalır və hazırda şirkətlərdə analoji vəziyyət yaranıb.
 
Ekspertə görə, ikinci problem maliyyə əldə etməkdir, əgər məhsul sata bilmirsə, deməli: maliyyəsi də olmur, borcu qaytarmaq imkanından da məhrum olur, çünki əksər müəssisələr kredit hesabına fəaliyyət göstərirlər.
 
“Banklar da təzyiq göstərirlər ki, müəssisələr borcu qaytarsınlar. Satış məsələsi ərzaq məhsullarında yaxşı olsa da digər sahələrdə tələbat azalır. Xarici ölkələrdə bu tələbi normada saxlamaq üçün əhaliyə maliyyə dəstəyi verilir.
 
“Bu Azərbyacanda fərqli şəkildə, yəni maaşların saxlanılması, sahibkarlara müəyyən maddi yardımların verilməsi kimi həyata keçirildi. Sahibkarların maliyyə vəsaitlərinə çıxışına banklardan müəyyən dəstək olsa da tam olaraq  hamısını əhatə etmədi. Daha çox borcunu vaxtında ödəyən sahibkarlara yardım edildi. Ödəyə bilməyən sahibkarlar üçün isə kredit tətilindən söhbət getmədi. Bu isə o deməkdir ki, sahibkar aldığı krediti qaytarmalıdır”.
 
Ekspertin fikrincə, biznesə dəstək verilməlidir, ilk dəstək də  kreditlərlə bağlı olmalı, kredit tətili verilməlidir. Onun fikrincə, ikinci məsələ kredit faizləridir, şirkətlər heç borcu qaytara bilmirlər, odur ki, faizsiz maliyyələşmə təmin edilməli idi.
 
Daha bir dəstək əhalinin maliyyə əlçatanlığının artırılması və istehlak kreditləri ola bilər. S.Əliyev əlavə edir ki, indiki halda istehlak kreditlərinin azaldılması uğurlu addım deyil. Əhalinin istehlak kreditlərinə çatımı olmalıdır ki, tələb formalaşsın.
 
Ekspert  hesab edir ki, istehsalı dəstəkləyən proqramların həyata keçirilməsi vacibdir, daxili turizmin inkişafına dəstək verilməlidir.

Google+ WhatsApp ok.ru