Bölgələrdə SMS icazə sistemi ləğv edildi

Bölgələrdə SMS icazə sistemi ləğv edildi

Bu gündən Azərbaycanın bir sıra şəhər və rayonlarında xüsusi karantin rejimi ilə əlaqədar olaraq tətbiq olunan SMS icazə sistemi ləğv olunub.
 
Maide.Az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 1-də qərar qəbul edib.
 
Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.
 
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda isə məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
 
Bu gündən bəzi rayonlarda kafe, restoran və parklar açılır
 
Bu gündən Azərbaycanın bir sıra şəhər və rayonlarında yeni növ koronavirusa görə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq bəzi məhdudiyyətlər aradan qaldırılıb.
 
Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.
 
Ticarət obyektləri, bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti bərpa olundu
 
Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bəzi iş fəaliyyətləri bərpa olunub.
 
Qərara əsasən, ölkə üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən:
 
- “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edib.
 
- xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilib.
 
- bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunub.
 
- bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunub.
 
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunub (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcəkdir).
 
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında isə dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunub. 
 
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti may 31-dək uzadılıb.
 
Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib. Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.
 

 

Google+ WhatsApp ok.ru