BMT: “Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib” 02 Noyabr 2016 02:00 Xəbərlər “Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib”. Bunu BMT-nin baş katibi Pan Ge Mun jurnalsitlərə qarşı törədilən cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günü münasibətilə yaydığı müraciətdə bildirib. “Son 10 ildə 700-dən çox jurnalist qətlə yetirilib. Başqa sözlə hər 5 gündə bir jurnalist ictimaiyyəti hadisələrdən xərəbdar edərkən, öldürülüb. Bu cinayətlərdən yalnız 7 faizinin üstü açılıb”, - deyə baş katib vurğulayıb. O, KİV-in azad fəaliyyətini təmin etmək üçün səyləri artımağın vacib olduğunu bildirib: “Həyatları üçün təhlükədən ehtiyatlanaraq, onların özünü senzura ilə məşğul etmələrinə imkan vermək olmaz”. Bu gün, noyabrın 2-si jurnalsitlərə qarşı cinayətlərə görə cəzasızlıqla beynəlxalq mübarizə günüdür. (deyerler.org) / Teqlər : #BMT: Son 10 ildə 700dən çox jurnalist qətlə yetirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda yaşamaq və işləmək istəyən əcnəbi iş adamlarına xüsusi güzəştlər tətbiq olunur Avtomobilinizə qış təkərləri alarkən diqqətli olun - Əlavə xərcə düşə bilərsiniz -VİDEO