BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande oktyabrın 22-də Azərbaycana səfər edəcək.  

O, Bakıda keçiriləcək Qoşulmama Hərəkatı təşkilatının dövlət və hökumət başçılarının sammitində iştirak üçün Azərbaycanda gələcək.  

T.Məhəmməd-Bande sammit çərçivəsində keçiriləcək birinci gənclər sammitində iştirak edən 40-dan çox ölkənin gəncləri ilə görüşəcək.  

Bundan başqa, Baş Assambleya prezidenti Azərbaycan hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşəcək, oktyabrın 24-də BMT Günü münasibətilə ADA akademiyasında məruzə ilə çıxış edəcək və BMT layihələrinin reallaşdırılması ilə tanış olacaq.  

Səfər oktyabrın 26-da başa çatacaq.

Google+ WhatsApp ok.ru