BMT ekspertləri Leyla və Arif Yunus barəsində hökmü pislədi

BMT-nin insan hüquqları üzrə bir qrup eksperti Azərbaycanlı hüquq müdafiəçiləri Leyla və Arif Yunus barəsində hökmü pisləyib.
 
Ekspertlər bu hökmü siyasi motivli və vətəndaş cəmiyyətinə qarşı repressiyaların davamı hesab edirlər. “Hakimiyyət vətəndaş fəallarına qarşı repressiyalara dərhal son qoymalıdır”, deyə bəyanatda bildirilir.
 
Leyla Yunusa və “ədalətli məhkəmə normalarına və beynəlxalq standartlara cavab verməyən” və bir çox beynəlxalq müşahidəçilərin buraxılmadığı məhkəmə zamanı səhhəti pisləşən Arif Yunusa təcili zəruri tibbi yardım göstərilməlidir.
 
Xatırladaq ki, məşhur hüquq müdafiəçiləri Leyla və Arif Yunus avqustun 13-də vergilərdən yayınma və fırıldaqçılıq ittihamı ilə 8,5 və 7 il müddətinə mühakimə edilib.
 
Lakin onların təqibinin əsl səbəbi Leyla Yunusun daim qaldırdığı siyasi məhbuslar məsələsi, habelə yenə də L.Yunusun daim beynəlxalq ictimaiyyətə məlumat verdiyi hakimiyyət tərəfindən vətəndaşların əmlak hüquqlarının pozulması faktlarıdır. contact /

Google+ WhatsApp ok.ru