BP-də ixtisarlar başladı

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “BP-Azerbaijan” şirkətində qanunsuz olaraq iki nəfərin işdən çıxarıldığını bildirib.
Axar.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özünün Feysbuk səhifəsində məlumat verib:
“İxtisarlar davam edir. Növbəti qanun pozuntusu BP-nin Təchizat Bazasındadır. (ASCO) Belə ki, şirkət rəhbərliyi iki nəfər işçisini ixtisar adı ilə qeyri-qanuni şəkildə işdən azad edib. Təşkilatımız onların hüquqlarını məhkəmədə müdafiə edəcək”./

 

Google+ WhatsApp ok.ru