BQXK girovlarla görüşdü

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş baş tutub

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevlə görüş keçirilib. 
 
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 
 
Göstərilən girovlar və Həsən Həsənovun meyidinin qaytarılması barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

Google+ WhatsApp ok.ru