Braziliyada dövlət məmurları parlamanet binasını işğal edib

Braziliyada dövlət məmurları parlamanet binasını işğal edib

Braziliyanın Rio de Janeiro əyalətində, işçi və dövlət məmurlarından ibarət minlərlə nümayişçi, əyalət hökumətinin "kəmər sıxma" siyasətlərinə etiraz etmək üçün məclis binasını hücum edib.
 
Maide.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, Braziliya yerli mənbələrindəki məlumatlara görə, əksəriyyəti polis, nəzarətçi və yanğınsöndürmə əməkdaşlarından ibarət olan nümayişçilər, böhrana görə, əyalət hökumətinin aldığı iqtisadi tədbirlərə etiraz etmək məqsədilə parlament binasını işğal edib.
 
Parlamentin iclas zalını bir neçə saatlığına işğal edən və binaya zərər verən aksiyaçılar, aylardır edilməyən ödənişlər və pensiyalardakı fasilələrə etiraz ediblər.
 
Əyalət məclisinin Ssədri Jorge Picciani isə etiraz aksiyasını pisləyərək bildirib ki, bu etiraz, Braziliya siyasi tarixində, demokratik hakimiyyətə qarşı bənzəri görülməmiş bir təhqirdir. 
 
Qeyd edək ki, Braziliya federal hökuməti bazar ertəsi günü verdiyi qərarla Rio de Janeiro əyalət rəhbərliyinin bank hesablarını blok etdiyini açıqlamışdı.
 
Braziliyanın Rio de Janeiro əyalətində,  çox sayda işçinin maaşı aylardır ödənilmir. /

Google+ WhatsApp ok.ru