Britaniyada hava təmizləyən avtobus istifadəyə verilib

Britaniyada hava təmizləyən avtobus istifadəyə verilib

Böyük Britaniyanın Sauthempton şəhərində havanı təmizləməklə məşğul olan yeni avtobus istifadəyə verilib.
 
"Report" "Design Feeds" nəşrinə istinadən xəbər verir ki, Sauthempton Krallığın ən çirklənmiş şəhəri hesab edilir.
 
Bu səbəbdən "Go-Ahead" nəqliyyat şirkəti bu çatışmazlığı aradan qaldırmağa qərar verib. Şirkət avtobusu çirkli havanı özünə çəkən, əvəzində isə təmiz hava buraxan xüsusi filtrlə təchiz edib.
 
Avtobus 10 metr hündürlüyə qədər olan məsafədəki hava kütləsini özünə çəkərək təmizləmək iqtidarındadır.
 

Google+ WhatsApp ok.ru