Britaniya səfirinin müxalifət liderləri ilə görüşləri davam edir

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bu gün REAL Hərəkatının ofisinə baş çəkib. Səfir təşkilatın icraçı katibi Ntiq Cəfərli, İdarə Heyətinin üzvləri Altay Göyüşov və Erkin Qədirli ilə görüşüb.
 
İki saatlıq söhbət zamanı iqtisadi və ictimai-siyasi vəziyyət, ölkənin inkişaf perspektivləri, qarşıdakı parlament seçkiləri, siyasi məhbuslar problemi, həmçinin REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədov ətrafında yaranmış vəziyyət müzakirə edilib.
 
Bu gün İ.Siddinq həm də Ümid Partiyasının lideri İqbal Ağazadə ilə görüşüb. Görüş zamanı regionda və Azərbaycanda vəziyyət, qarşıdakı parlament seçkiləri, Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə edilib.
 
Qeyd edək ki, ötən həftənin sonlarında britaniyalı səfir Müsavat Partiyası və AXCP liderləri Arif Hacılı və Əli Kərimli ilə oxşar məzmunlu görüş keçirib.  Turan  /

Google+ WhatsApp ok.ru