Brüsseldə fövqəladə vəziyyət: Bütün metro stansiyaları və ticarət mərkəzləri qapadılıb -VIDEO

Brüsselin mərkəzində kimyəvi maddə tapılması ilə bağlı iddialardan sonra polis iri həcmli terror aktlarının ola biləcəyini açıqlayıb.
Maide.az xəbər verir ki, bu məqsədlə rəsmi Brüssel ölkədə terror qorxusu ən yüksək həddə  - 4 balla qiymətləndirərək paytaxtda fövqəladə vəziyyət elan edib.
Hazırda Brüssel polisi şəhərin hər yerində axtarışlara davam edir. Paytaxtda bütün ticarət mərkəzləri və metro stansiyaları bağlanılıb, idman yarışları və konsertlər təxirə salınıb. Bütün sakinlərə evdə qalmaq tövsiyə olunub.
 
Küçələrdə əsgərlər və hərbi texnika patrul xidmətini həyata keçirir. Yerli sakinlərin sözlərinə əsasən, hazırda Brüssel hərbi bazanı xatırladır. /

Google+ WhatsApp ok.ru