Bütün “exhange”lər bağlanır: dollar yalnız banklarda satılacaq 29 Dekabr 2015 02:00 Ölkə Azərbaycandakı bütün valyutadəyişmə məntəqələri bağlanacaq. Bu barədə hökumətə yaxın mənbələrdən məlumat verilib. İnformasiyaya görə, bununla bağlı müvafiq qərar ən yaxın zamanlarda qəbul edilə bilər. Məlumatı verən mənbə valyutadəyişmə məntəqələrinin bağlanması zərurətini onunla izah edib ki, bu məntəqələrin işçiləri birbaşa banklar tərəfindən müəyyən edilmiş vəzifələrini yerinə yetirmək əvəzinə nəinki təkcə Mərkəzi Bankın, bütövlükdə dövlətin siyasətinə ziyan vuran fəaliyyətlə məşğul olurlar. Belə ki, məhz valyuta mübadiləsi şöbələri əməkdaşlarının “fəaliyyəti” sayəsində möhtəkirlik halları artır, əhali arasında qeyri-sağlam ajiotaj yaranır. Məlumata görə, əhali bundan sonra pulunu “exhance”lərdə yox, bankların özündə və bank filiallarında dəyişə bilər. Bu isə Mərkəzi Banka öz pul siyasətini daha dəqiq yürütməyə və məzənnə ilə bağlı bütün prosesləri nəzarətdə saxlamağa imkan verəcək. Bu qərar həmçinin hələ 90-cı illərdən formalaşan “qara bazar”ın təsirini də heçə endirəcək. virtualaz / Teqlər : #Bütün exhangelər bağlanır: dollar yalnız banklarda satılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hesabdan və plastik kart vasitəsilə valyuta çıxarmağa məhdudiyyət Hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq